“Neftin qiyməti 50 dollara qədər qalxa bilər” - Ekspert

“Neftin qiyməti 50 dollara qədər qalxa  bilər” - Ekspert

“Görünən odur ki, neft bazarları OPEC+ ölkələrinin hasilatı gündəlik 10 milyon barrel azaltma haqqında ilkin razılaşmasına ciddi reaksiya vermədi. İlk anlarda qiymətdə cüzi bahalaşma oldusa da hazırda yenidən uçuzlaşma prosesi gedir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. R.Həsənov bildirib ki, əslində tələbin 35-40 faiz azalması müzakirə edildiyi bir vaxtda təklifin 10 faiz azaldılmasının nəticələri əvvəlcədən proqnozlaşdırılan idi:

“Başqa sözlə Azərbaycan da daxil olmaqla neft ölkələri üçün qlobal konyukturun qısamüddətli dövr üçün ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır. Ancaq bu razılaşma qiymət müharibəsinin qarşısını alaraq bazarlarda müəyyən qədər sakitləşməyə səbəb olacaq və bu formatda əməkdaşlıq postpandemiya dövründə də davam etdirilərsə, qiymətlər 50 dolların üzərinə qalxa bilər”.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info