İranlı nazir neft istehsalının azala biləcəyini bəyan etdi

İranlı nazir neft istehsalının azala biləcəyini bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Neft naziri Bijən Namdar Zəngənə neftin satışı ilə bağlı açıqlama verib.


Nazir vurğulayıb ki, OPEC və OPEC+ adlandırılan neft təşkilatları xam neft istehsalını gündəlik 10 milyon barel azalda bilər.


"Bu məsələ hazırda müzakirə mövzusudur. Ortaqlar və ölkələr razılaşsa bu baş tutacaq", - deyə Bijən Namdar Zəngənə diqqətə çatdırıb.


O qeyd edib ki, 10 milyon barel məsələsi çox önəmlidir və neft satışı qiymətlərinə çox təsir edəcək.

Mənbə: Parstoday

Mənbə: eastnews.org