Kağızdakı yazını oxumadığına görə ana 4 yaşlı oğlunu boğdu - DƏHŞƏT

Kağızdakı yazını oxumadığına görə ana 4 yaşlı oğlunu boğdu - DƏHŞƏT

4 yaşlı oğlunun öldürən qadının ifadəsi hər kəsi dəhşətə gətirib.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bastekbol müəllimi Nagihan.K 4 yaşlı oğlu Ali.K-nı boğaraq öldürüb.

Oğlunu boğaraq öldürdükdən sonra qadın polisə zəng edərək törətdiyi cinayəti etiraf edib.

Polislər tərəfindən saxlanılan Nagihan.K oğlunu kağıza yazdığı yazını oxumadığına görə öldürdüyünü bildirib: "Oğlum onu boğan zaman "ana, etmə" deyə yalvarırdı. Hətta məndən qurtulmaq üçün qollarımı belə cızırdı".

Araşdırmalar zamanı Nagihan.K-nın həyat yoldaşının xaricdə olduğu bəlli olub.

Aysel Yusifqızı

Mənbə: sonxeber.az