“Qiymət müharibəsi” Rusiyanı vurdu: Neft bazarında ən böyük ziyanı ona dəyir

“Qiymət müharibəsi” Rusiyanı vurdu: Neft bazarında ən böyük ziyanı ona dəyir

OPEK+ iclasının nəticəsinə görə, razılaşmadan ən çox ziyan çəkən tərəf Rusiya olacaq. Belə ki, sazişə əsasən, Rusiya üzərinə ən çox öhdəlik götürən tərəf olacaq.

Cebhe.info xəbər verir ki, ölkə neft hasilatını sutkada 1,8 milyon barelə qədər azaltmalıdır. Bu isə dünyada ən yüksək nəticədir. Rəqəmlər OPEK saytında yer alıb.

May ayında etibarən iki ay ərzində hasilat sutkada 10 milyon barel azaldılacaq. Daha sonra sutkada 8 milyon barel, növbəti 16 ayda isə 6 milyon barel azaldılacaq.

Razılaşma gələn 2 il üçün nəzərdə tutulub. Ancaq 6 aydan sonra növbəti iclas keçirilə bilər.

Sazişə əsasən, Rusiya hasilatı sutkada 1,8 milyon, Səudiyyə Ərəbistanı 1,3 milyon barel azaldacaq.

Xatırladaq ki, bazarda “qiymət müharibəsi” Rusiyanın OPEK+ sazişindən imtinasıyla başlamışdı.

Neft bazarı yeni sazişə reaksiya verməyib. 10 apreldə “Brent” markalı neft 31-32 dollara satılıb.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info