OPEC: Neft hasil edən ölkələr hasilatı azaltmaq üçün razılaşdı

OPEC: Neft hasil edən ölkələr hasilatı azaltmaq üçün razılaşdı

Eastnews.org-un verdiyi xəbərə görə, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu gün verdiyi açıqlamada, neft istehsal edən və ixrac edən ölkələr, Meksika istisna olmaqla, may və iyun aylarında qlobal hasilatı gündə 10 milyon barel azaltmağı qərara aldıqlarını söyləyib.

Açıqlamada deyilib ki, sazişdə azalmanın gələn ilin iyul-dekabr aylarında gündə 8 milyon barelə çatması nəzərdə tutulur.

Bəyanatda, Meksikanın icra mərhələsinə keçmək üçün razılaşmaya əməl etməsinin vacibliyi vurğulanıb.

İranın neft naziri Bijən Namdar Zəngənə verdiyi açıqlama zamanı bildirib ki, İran və Venesuela bu azalmadan azad edilib.

Mənbə: İRNA

Mənbə: eastnews.org