Ümumdünya bankı bu ölkəyə 150 milyon ayırdı

Ümumdünya bankı Ukraynaya COVİD-19-la mübarizə aparmaq üçün 150 milyon dollar vəsait ayırıb.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, ayrılan vəsaitin 100 milyon dolları koronavirusla mübarizədə sosial müdafiəyə, 50 milyon dollar isə maddi dəstək məqsədilə əhalinin daha həssas təbəqəsinə istiqamətləndiriləcək.

Qeyd edək ki, verilən məlumata görə, əhalinin həssas təbəqəsi dedikdə, təqaüdçü və əlillər, həmçinin karantin rejiminə görə, işini itirən vətəndaşlar nəzərdə tutulur.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

“Qiymət müharibəsi” Rusiyanı vurdu: Neft bazarında ən böyük ziyanı ona dəyir

SONRAKI XƏBƏR

İspaniyada dəhşət - Son 24 saatda 605 nəfər koronavirusun qurbanı oldu