Gürcüstanda yanacaq - UCUZLAŞIB

Gürcüstanda yanacağın qiyməti 0.35 lari (20 qəpik) ucuzlaşıb.

FED.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili məlumat verib. Bildirib ki, ucuzlaşmanın yaxın günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

"Bu, beynəlxalq bazardakı qiymətlər və son vaxtlar larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqədardır. Onu da qeyd edim ki, Covid 19-a görə ölkədə yanacaq istehlakı və satış orta hesabla 40% azalıb",-deyə Vano Mtvralaşvili bildirib.

Apa

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Ölkədə həyata keçirilən hüquqi islahatlar çərçivəsində saxlanılan şəxslərin hüquqları genişləndirilir

SONRAKI XƏBƏR

Fransız alim koronavirusa qalib gələn dərman barədə Makrona hesabat verdi