Bu ölkədə koronavirusdan 300 min adam ölə bilər

Bu ölkədə koronavirusdan 300 min adam ölə bilər

Kanadada koronavirus 300 min insanın həyatına son qoya bilər.
BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu proqnoz ölkənin ictimai səhiyyə agentliyi tərəfindən edilib.
Belə ki, Kanadada yoluxanların sayı beş faiz səviyyəsində qalsa, koronavirusdan ölənləri sayı 11 min - 22 min arasında olacaq. Virusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görülməsə isə, bu rəqəm 300 mini ötə bilər.
Lakin ölkədə lazımi tədbirlərin görülməsi üçün hələ vaxtın olduğu qeyd olunur.
Baş nazir Castin Trüdonun sözlərinə əsasən, Kanadada xəstəliyin pik nöqtəsi yazın sonlarına təsadüf edə bilər.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az