"Onların hamısı buraxılış məntəqələrində..." - Vaqif Əsədovdan etibarnamə müddəti bitən sürücülərə ÇAĞIRIŞ

"Onların hamısı buraxılış məntəqələrində..." - Vaqif Əsədovdan etibarnamə müddəti bitən sürücülərə ÇAĞIRIŞ

“Etibarnamə müddəti bitən sürücülər
yoxlama buraxılış məntəqələrində saxlanılacaq”.

Yenicag.az-a açıqlama verən Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov etibarnamə müddəti bitən sürücüləri xəbərdar edib:

“Avtomobili idarə etmək üçün verilən etibarnamənin müddəti bitibsə, o zaman karantin qaydalarına uyğun olaraq,
hərəkət üçün icazə alınmalıdır. Vətəndaş vəkalətnaməni vermək hüququna malik olan Notariat kontoruna getməli və qanunvericilikdə nəzərdə tutulan qaydalar əsasında məsələni həll etməlidir”.

Bununla belə bölmə rəisi zərurət olmadığı halda sürücülərin hərəkətini qeyri-məqbul sayıb və onları karantin qaydalarına əməl etməyə çağırıb:

“Burdan avtomobil idarə edən bütün vətəndaşlara səslənib, deyirəm ki, yalnız zərurət yarandığı halda avtomobildən istifadə etmək lazımdır; xəstəsi varsa, yaxın qohumunun dəfninə gedirsə …

Ərzaq, çörək almaq üçün icazə alıb, yaxınlıqdakı mağazaya piyada da getmək olar. Əgər zərurət yoxdursa, vətəndaşlar evdə qalıb, karantin rejiminə əməl etsinlər, özlərinin və ətrafdakıların sağlamlığını qorusunlar. Karantin bitəndən sonra, etibarnamələrini yeniləyə bilərlər”.

Cəvahir

www.yenicag.az

Mənbə: yenicag.az