“Karantin rejimi olan ölkələrdə bu 60-70%-dir, bizdə 30”

Paytaxtın prospekt və küçələrində təqribən 30%-ə yaxın nəqliyyat azalması müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında deyib. Bildirib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi 43 küçə və prospektdə araşdırmalar aparılıb: “Nəqliyyat axını öyrənilən zaman məlum olub ki, şəhər yollarında təqribən 30%-ə yaxın azalma var. Ancaq karantin rejimi tətbiq olunan xarici ölkələrdə bu rəqəm 60-70%-dir.1-9 aprel tarixləri ərzində sadəcə 5 aprel tarixində ən aşağı axın qeydə alınıb. Bu, 211030 olub. Ən yüksək axın zamanı isə 434 579 avtomobil müşahidə olunub”.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur müğənninin atası da koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Koreyada 90-dan çox insan yenidən virusa yoluxdu, alimlər isə...