Ev bazarında son durum: “Alqı-satqı əməliyyatları...” - Ekspert

Ev bazarında son durum: “Alqı-satqı əməliyyatları...” - Ekspert

Azərbaycanda tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq bir sıra qurumlar fəaliyyətini dayandırıb. Mənzil bazarında da durğunluqdur.

Cebhe.info-ya açıqlamasında “Əmlak” Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı bildirib ki, bazarda baş verən bir sıra iqtisadi-inzibati və digər tədbirlərlə əlaqədar olaraq demək olar ki, daşınmaz əmlak bazarında əməliyyatlar dayanıb:

“Neftin qiymətinin düşməsi, pandemiya ilə bağlı olan tədbirlər, eyni zamanda bəzi qurumların karantinlə əlaqədar işlərinin dayanması bu proseslərə təsir göstərir. Hazırda alqı-satqı əməliyyatlarının sayı məhdudlaşıb”.

Bəs “postpandemiya”dan sonra qiymətlərin bahalaşması müşahidə oluna bilərmi?

Ekspertin sözlərinə görə, indidən konkret nəsə demək olmaz:

“Çünki dünyada iqtisadi proseslərin uzun müddət əvvəlki səviyyəsinə qayıdacağını gözləmək çətindir. Hazırda iqtisadi proseslər makro iqtisadi göstəricilərin azalması ilə müşahidə olunur. Ona görə də pandemiya sona çatdıqdan sonra, ən azından müəyyən bir müddət keçdikdən sonra fikir söyləmək olar. Düşünürəm ki, bu barədə nəsə danışmaq hələ tezdir”.

Tünzalə Rüstəm
Cebhe.info

 

 

Mənbə: cebhe.info