Bakı Fond Birjasından ipoteka istiqrazları barədə - AÇIQLAMA

Bakı Fond Birjasından ipoteka istiqrazları barədə  - AÇIQLAMA

İpoteka istiqarazları üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin bir hissəsi də ödəniləcək.

FED.az-a bu barədə Bakı Fond Birjasından məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 8 aprel 2020-ci il tarixində AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən,8 aprel 2020-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 854,86 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 854,86 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008681, AZ2027008682, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 854,86 AZN olması nəzərə alınmalıdır.

Mənbə: fed.az