Karantin rejimi bitənə qədər bank faizləri dondurula bilərmi?-AÇIQLAMA

Bu gün bütün ölkələr kimi Azərbaycan da koronavirusla mübarizə aparır. Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün elan olunmuş xüsusi karantin rejiminə görə Azəbaycanda bir çox iaşə obyektləri fəaliyyətini dayandırıb. Bu da bir çox insanların gəlirlərinə təsir edib. Ən çox da bankdan kredit götürən şəxslərə. Banklar karantin rejim bitənə kimi faizləri dondura bilərmi?

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, bu məsələ Milli Məclisdə, Mərkəzi Bankın sədri Elman Rüstəmovun iştirakı ilə keçirilən iclasda qaldırıldı: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronovirusla mübarizə ilə əlaqədar yaratdığı 4 işçi qrupundan birinə məhz Mərkəzi Bankın rəhbərliyi sədirlik edir. Həmin qrup karantin rejimi müddətində alınmış kreditlərə görə faizlərin dondurulması məsələlərini təhlil edərək hökumətə öz təkliflərini verəcək. Həqiqət ondan ibarətdir ki, karantin rejimi ərzində iqtisadi aktivlik aşağı səviyyədədir. Bu da sahibkarların, eyni zamanda ayrı-ayrı vətəndaşların banklar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmsində problemlər yaşanır. Hesab edirəm ki, pandemiyanın sonuna qədər bankların kredit faizlərini müvəqqəti dondurması bu sahədə yaranmış gərginliyin aradan götürülməsi ilə nəticələnərdi".

Aysel Yusifqızı

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Naxçıvan DİN əhaliyə karantinlə bağlı müraciət etdi

SONRAKI XƏBƏR

Azərbaycanda verilişdən əlil uşağının müalicəsi üçün aldığı pullarla evini təmir etdirdi, uşağı evdə yanaraq öldü