Aviasiya nəhəngi “Boeing” koronavirus səbəbindən 16 min işçisini ixtisar edir

Aviasiya nəhəngi “Boeing” koronavirus səbəbindən 16 min işçisini ixtisar edir

Dünyanın ən böyük təyyarə istehsalçılarından biri, 160 min nəfər əməkdaşı olan “Boeing” koronavirus böhranı səbəbindən işçilərinin 10 faizi ilə yollarını ayırmağı planlaşdırır.

“Wall Street Journal” xəbər verir ki, şirkətdə, ümumilikdə, 16 min nəfərin işdən çıxarılması gözlənilir.

Koronavirusa görə aviasiya sənayesi iflasa uğrayıb. İqtisadi itkilərin qarşısının alınması üçün şirkətlər xərclərini azaltmağı üstün tuturlar. Bu çərçivədə “Boeing” bəzi əməkdaşlara işdən çıxmaq üçün müqavilə paketləri təqdim etməyə də hazırlaşır.

Sentyabrın 30-dək şirkət işçi qüvvəsinin 90 faizini iki trilyon dollarlıq koronavirus paketi ilə təmin edəcək.

Mənbə: www.oxu.az