İngiltərədə koronavirusla mübarizə aparan tibb bacısı təhdid edildi

İngiltərədə koronavirusla mübarizə aparan tibb bacısı təhdid edildi

İngiltərədə koronavirusla mübarizə aparan tibb bacısının maşınına təhdid məktubu qoyulub.

SONXEBER.AZ xarici mətbuata istinadə xəbər verir ki, tibb bacısı Sam Halms səhər işə gedərkən maşının üzərində bir məktub tapıb.

Məktubda onun başdan-ayağa problem olduğu bildirilib: "Məsuliyyətsiz insanın diqqətinə: Hər gün sənin maşınınla işə getdiyini görürəm. İşə gedən zaman forma geyinmirsən. Bu da onu göstərir ki, səbəbsiz yerə çölə çıxırsan. Problemin bir parçasısan. Evdə qal və ölkəmizdə koronavirusun yayılmasının qarşısını al".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az