Rusiya məğlubiyyətini “güzəşt” kimi təqdim edir: “Dünya udur”- KREML

Rusiya məğlubiyyətini “güzəşt” kimi təqdim edir: “Dünya udur”- KREML

Rusiya OPEK+ sazişindən uduşsuz çıxması barədə fikirlərlə razılaşmır.

Cebhe.info xəbər verir ki, Rusiyanın budəfəki sazişdə məğlubiyyətə uğrayan tərəf olmasıyla bağlı rəylərə Kremlin mətbuat katibi Dmirti Peskovdan cavab gəlib: "Moskvanın getdiyi güzəştlər məğlubiyyət deyil. Dünya iqtisadiyyatı uddu".

Peskvun sözlərinə görə, yaranmış vəziyyətdə məğlubiyyət yoxdur: “Burada ancaq bu qərardan udanlar var. Qərardan bütün neft istehsalçıları udub. Əks təqdirdə, dünya iqtisadiyyatı xaosa sürüklənərdi".

Peksov qeyd edib ki, Prezident Putin danışıqların nəticəsindən razıdır. Kreml həmçinin dünya neft bazarında qiymətlərin kəskin düşməsi ilə nəticələnən mart danışıqlarındakı imtinanı səhv hesab etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla neft hasilatı sutkada 8,5 milyon barel azaldılacaq. Rusiya üzərinə ən çox öhdəlik götürən tərəf olub- sutkada 1,8 milyon barel.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info