Vaşinqton narazı qonşusunu razı sala bildi

Vaşinqton narazı qonşusunu razı sala bildi

Yeni OPEC+ razılaşması çərçivəsində Meksikaya hasilatı müvafiq olaraq sutkada 400, 320 və 240 min barel aşağı salmağı təklif edirdilər.

BAKI, 10 aprel — Sputnik. Meksika Prezidenti Andres Manuel Lopez Obrador amerikalı həmkarı Donald Tramp ilə neft hasilatının azaldılmasını razılaşdırdığını deyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Lopez Obredor "Twitter" səhifəsində yayımlanmış mətbuat konfransında bildirib.

"Biz (Meksikada – red.) hasilatı gündə 100 min barel azaltmaq razılığına gəldik. ABŞ Meksikaya kömək etmək üçün əlavə olaraq öz hasilatını sutkada 250 min barrel azaltmağı vəd edib", - prezident deyib.

OPEC+ ölkələri neft bazarının sabitləşdirilməsi üçün yeni əməkdaşlıq Bəyannaməsi qəbul ediblər. Lakin Meksikanın da sazişə qoşulması şərt olaraq qalır.

Yeni sövdələşmə alyansın neft hasilatını üç mərhələdə azaltmasını nəzərdə tutur: may-iyun aylarında sutkada 10 milyon barel, iyul-dekabr aylarında 8 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək 6 milyon barel.

Yeni OPEC+ razılaşması çərçivəsində Meksikaya hasilatı müvafiq olaraq sutkada 400, 320 və 240 min barel aşağı salmağı təklif edirdilər. Lakin ölkə istehsalı yalnız 100 min barel azaltmağa hazır idi.

Mənbə: sputnik.az