Malayziya qlobal əlcək ehtiyacını qarşılamaq üçün karantin qaydalarını yüngülləşdirir

Malayziya qlobal əlcək ehtiyacını qarşılamaq üçün karantin qaydalarını yüngülləşdirir

Dünyanın ən böyük rezin əlcək istehsalçısı olan Malayziya koronavirus pandemiyası ilə mübarizə aparan səhiyyə işçiləri üçün qlobal çatışmazlığı aradan qaldırmaq məqsədilə fabriklərin tam işçi heyəti ilə işə başlaması üçün ölkədə tətbiq olunan yarı karantin rejimini aradan qaldırır.

Malayziyalı əlcək istehsalçıları keçən karantin rejimi səbəbi ilə qlobal çatışmazlığın yarandığı barədə xəbərdarlıq ediblər.

Lakin, Malayziyanın Rezin Əlcək İstehsalçıları Birliyinin 27 mart tarixində üzvlərinə göndərdiyi məktubuna əsasən, Beynəlxalq Ticarət və Sənaye Nazirliyi ötən ay ittifaqla görüşdən sonra əlcək fabriklərinin 1 aprel tarixindən etibarən tam heyətlə işə qayıtmasına imkan verib.

Nazirlik hesabata münasibət bildirməyib.

İttifaq məktubunda şirkətlərin hələ də nazirliyə işçilərinin tam siyahısını təqdim etməli olduqlarını və daha sonra iş qrafikini fabrikdə mümkün qədər az işçinin olmasını təmin edərək yaratmalı olduqlarını söyləyib.

İttifaqın prezidenti Denis Lou Amerikanın Səsinə bildirb ki, onlar bu yolla bu il dünyanın ehtiyac duyacağı ehtimal olunan 225 milyard ədəd əlcək istehsal etməyi hədəfləyirlər.

Mənbə: www.amerikaninsesi.org