Neftlə bağlı bədbin açıqlama: İlin sonuna kimi...

Neftlə bağlı bədbin açıqlama: İlin sonuna kimi...

Dünya neft bazarında qeyri-məhsuldar vəziyyət 2020-ci ilin sonuna qədər davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Energetika naziri Aleksandr Novak ölkə mediasına açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hazırkı vəziyyətdən çıxmaq üçün uzun zaman gərəkdir:

“Ən yaxşı halda bu durum ilin sonuna kimi davam edəcək”.

Qeyd edək ki, ötən gün OPEK+ üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 milyon barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

OPEK+ ölkələrinin qərarına Azərbaycan da öz dəstəyini ifadə edib

Mənbə: axar.az