Azərbaycanda "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat alınacaq.
Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir.
Mənbə: oxu.az