ABŞ Prezidenti Trampın keçmiş müşaviri Roger Stone "Microsoft"un qurucusu Bill Qeytsin insanlara mikroçiplər taxmaq üçün koronavirus yaratdığını iddia edib.
SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, amerikalı yazıçı və siyas məsələlər üzrə müşavir Roger Stone radio şousunda yeni koronavirus növü ilə bağlı maraqlı bir iddia irəli sürüb. Uzun müddətdir Donald Trampın müşaviri olan və ABŞ-ın siyasi səhnəsində əfsanə olaraq bilinən Stone, məşhur milyarder Bill Qeytsin koronavirus inkişaf etdirdiyini iddia edib.
"Cavab" radio şousunda Joe Piskopo ilə danışan Stone, "Bill Qeytsin bu epidemiyanın yaranması və yayılması prosesindəki rolunun çox vacib olduğunu deyib:
"Bəzi dostlarım bu iddiaların yalan olduğunu, bəziləri isə çox məqsədəuyğun olduğunu söyləyirlər. Qeyts və digər qlobalistlər bu peyvəndləri və mikroçipləri məcburi hala gətiriblər".
Qlobal epidemiyaya qarşı hazırlıqlı olmağı tövsiyə edən və Bil Qeytsi i tənqid edən Roqer Stone "Heç kim bədənimə mikroçip taxa bilməz" deyib.
F.Ağayeva
Sonxeber.az
Mənbə: sonxeber.az