ABŞ-a 500 milyon ödəmişik, tədarük gecikir - Rusiya

ABŞ-a 500 milyon ödəmişik, tədarük gecikir -

Rusiyanın 500 milyon dollar dəyərində aldığı aviasiya ehtiyat hissələri ABŞ-da “ilişib qalıb”, Moskva onların tədarükündə maraqlıdır.

Bunu Rusiyanın sənaye və ticarət naziri Anton Alixanov deyib.

“Aviasiya sənayemizin ehtiyacları üçün ABŞ-da “ilişib qalmış” təxminən 500 milyon dollar dəyərində ehtiyat hissələrimiz var və onların pulu artıq ödənilib. İstehlakçıların nümayəndələri olaraq, digər məsələlərlə yanaşı, bu ehtiyat hissələrinin tədarükündə maraqlıyıq”, - o bildirib.

Mənbə: axar.az