“Fərz edin ki, qadın 30 yaşında ailə qurub, birinci uşağı fiziki qüsurlu dünyaya gəldi və anadangəlmə birinci qrup əlil oldu. Amma bu xanım evlənən vaxt işləyirdi. Birinci qrup əlil uşağına baxmaq üçün o iş yerindən çıxmaq məcburiyyətində qalır. O qadın 65 yaşına çatanda onun evlənənə qədərki işlədiyi dövrü sığorta stajı, üstəgəl həmin o əlil uşağa baxdığı dövrü onun stajına sayırıq və pensiya hüququ yaradırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.
“Amma şərt budur ki, o uşaq anadangəlmə və ya 18 yaşa qədər qazanılmış birinci qrup əlil olsun. Yaxud da ahıl şəxslərlə bağlı, gəlin 70 yaşlı qayınatasına baxmaq üçün iş yerini tərk etmək məcburiyyətində qalır. Onun da 70 yaşdan yuxarı ahıla baxdığı bütün illəri sığorta stajına sayırıq. Bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə biz Maliyyə Nazirliyi il onu razılaşmışıq ki, həmin uşaq və ya ahıla baxılması dövrlərini dövlət onu güzəşt edir deyə, bunu dövlət ödəyir”, - deyə Elnur Abbasov bildirib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az