Ukrayna ilə resurs müqaviləsi bu həftə imzalana bilər

Ukrayna ilə resurs müqaviləsi bu həftə imzalana bilər

ABŞ və Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessant “Bloomberg”ə açıqlamasında bildirib.

“Biz prosesə çox yaxınıq. Hətta saziş bu həftə imzalana bilər”,- deyə o bildirib.

Qeyd edək ki, sözügedən ölkələr arasında resurs müqaviləsi Ukraynanın təbii sərvətlərinin işlənməsini nəzərdə tutur. Belə ki, Kiyevə təqdim edilən layihəyə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.

Mənbə: qafqazinfo.az