İKTA-ya şöbə müdiri təyin olundu - Foto

İKTA-ya şöbə müdiri təyin olundu - Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Cahangir Atakişiyev gətirilib.

C. Atakişiyev kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, RİNN-də ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.

Mənbə: qafqazinfo.az