Dünya bazarlarında neftin qiyməti 3%-dən çox artıb

Dünya bazarlarında neftin qiyməti 3%-dən çox artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 3,2% artaraq 1 barelə görə 67,96 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 3,54% artaraq 64,68 ABŞ dollarına bərabər olub.

Mənbə: apa.az