Aprel pensiyaları tam ödənildi

Aprel pensiyaları tam ödənildi

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mənbə: qafqazinfo.az