Azərbaycana gətirilən hibrid avtomobillərin sayında rekord qeydə alınıb.
2025-ci ilin ilk 3 ayında ölkəyə rekord sayda – 10 120 ədəd hibrid avtomobil gətirilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıqdır. Belə ki, 2024-cü ilin ilk 3 ayında ölkəyə cəmi 3600 hibrid maşınlar gətirilmişdi.
Ötən il hibrid maşınlar xaricdən gətirilən ümumi minik avtomobillərinin cəmi 20%-ni təşkil edildisə, indi bu rəqəm 48%-ə çatıb.
Hibrid avtomobillərin sayının və çeşidinin artması nəticəsində Dövlət Gömrük Komitəsi belə avtomobillərin özünü də iki yerə ayırıb – (1) daxili yanma (yəni benzin-dizel) mühşərriki ilə yanaşı, elektriklə işləyən, həm də kənardan cərəyan toplaya bilən, və (2) daxili yanma (yəni benzin-dizel) mühşərriki ilə yanaşı, elektriklə işləyən, amma kənardan enerji toplamayan maşınlar.
Daha sadə olması üçün bildirək ki, birincilərə «Toyota Prius» kimi avtomobillər aiddir.
Rəqəmləri göstərir ki, müştərilər enerjini kənardan da toplayan maşınlara daha çox üstünlük verməyə başlayıblar.
Belə ki, ilk 3 ayda ölkəyə 5 972 belə avtomobil gətirilib. Digər avtomobillərin sayı isə 4 148 ədəd olub.
Ən mühüm dəyişiklik ölkəyə gətirilən hibrid avtomobillərin qiymətinin düşməsi ilə bağlıdır.
2024-ci ilin ilk 3 ayında ölkəyə gətirilən 3615 ədəd hibrid avtomobil üçün 117 milyon 984 min dollar ödənilmişdi – bir avtomobilin orta idxal qiyməti 32 640 dollar idi.
2025-ci ilin ilk 3 ayında isə orta qiymət təqribən 2 dəfə azalıb, Belə ki, ölkəyə gətirilən 10 120 ədəd hibrid avtomobilləri üçün 199 min dollar ödənilib, bir maşının idxal qiyməti 19 757 dollara enib.
Bu vəziyyət, müştərilərin hzibrid maşınlarına tələbatının daha da artacağından xəğər verir.
Azərbaycana gətirilən sırf elektrik enerjisi ilə işləyən maşınların – elektromobillərin sayında isə ikiqat azalma var. Ötən il 830 belə elektromobil gətirildiyi halda, bu ilin ilk 3 ayında bu rəqəm 428-ə düşüb.
Mənbə: fed.az