SOCAR ötən il Rusiyadan 1 milyard dollarlıq neft alıb – 1 bareli 63 dollara

SOCAR ötən il Rusiyadan 1 milyard dollarlıq neft alıb – 1 bareli 63 dollara

Ötən il Rusiya neftinin əsas alıcıları arasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “SOCAR Trading” şirkəti də yer alıb.
Yeniavaz.com məşhur “Forbes” jurnalının Rusiya nəşrinə istinadən bildirir ki, “SOCAR Trading” şirkəti 2019-cu ildə Rusiyadan ümumi dəyəri 1 milyard dollar olan 2,2 milyon ton neft satın alıb.
Açıqlanan məlumatda qeyd olunur ki, “SOCAR Trading” şirkətinin satın aldığı neftin 1 barelinin qiyməti 63,4 dollara bərabər olub.
Onu da qeyd edək ki, “SOCAR Trading” şirkəti ilk dəfə olarak Rusiyadan ən çox neft alan 20 şirkətin sırasına daxil olub.
Məlumat üçün bildirək ki, Rusiya neftinin əsas alıcısı hər zaman olduğu kimi yenə də Çin Milli Birləşmiş Neft Korporasiyası olub. Çinin neft şirkəti Rusiyadan il ərzində 18,3 milyard dollar dəyərində olan 39,7 milyon ton neft satın alıb.
Rusiya neftinin ən böyük 20 alıcısı:

Mənbə: www.iqtisadiyyat.az