Martın 31-nə olan rəqəmlərə görə, Ermənistanın dövlət borcu 5 trilyon 318 milyard dram (13 milyard 663 milyon dollardan çox) təşkil edib.
Erməni KİV-ə istinadən xəbər verilir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan açıqlayıb.
Onun sözlərinə görə, bu rəqəm əvvəlki ilin dekabrın 31-nə olan göstəricilərdən 4,4 faiz, dollarla ifadə olunan dövrdə isə 5,8 faiz artıb.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az