Azərbaycan iqtisadiyyatı apreldə 29% kiçilib – RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycan iqtisadiyyatı apreldə 29% kiçilib – RƏQƏMLƏR AÇIQLANDI

Dövlət Statistika Komitəsi (DSK) ölkə iqtisadiyyatının vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, koronavirus və onun qarşısını almaq üçün tələb olunan məhdudlaşdırıcı tədbirlər aprel ayında ölkə iqtisadiyyatında özünü xüsusilə ciddi şəkildə göstərib. O cümlədən iqtisadiyyatın həcmi və pərakəndə ticarət kəskin azalıb.

Belə ki, apreldə istehsal edilən Ümumdaxili Məhsulun həcmi 4 milyard 79,4 milyon manat olub. Bu mart ayı ilə müqayisədə, 29%, koronavirusun təsirinin hələ hiss edilmədiyi yanvar və fevral ayları ilə müqayisədə isə 33-37% azdır.

Apreldə qeyri-neft sektorunda istehsal da kəskin azalıb. Ötən ay ölkədə 2 milyard 928 milyon manat qeyri-neft istehsalı olub ki, bu da mart ayı ilə müqaymisədə 27,8% azdır.

Bu göstərici yanvarla müqayisədə 4,8%, fevralla müqayisədə isə 20,1% azdır.

Maraqlıdır ki, bu aylar ərzində əsas kapitala yatırımlar demək olar ki, dəyişməyib və aylıq 964-997 milyon manat arasında olub.

Əsas azalma olan sahələrdən biri pərakəndə ticarət dövriyyəsidir. Apreldə pərakəndə ticarət 2 milyard 273,8 milyon manat və ya adambaşına 227,4 manat təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,1 milyard manat və ya 32,8% azdır. Martda adambaşına pərakəndə ticarət 338 manat olmuşdu.

Apreldə pərakəndə ticarətin həcmi yanvarla müqayisədə 26%, fevral ayı ilə müqayisədə isə 18% azdır.

Yanvar ayında

Ümumi Daxili Məhsul (ÜDM) həcmi - 6 501,8 milyon manat

O cümlədən qeyri-neft ÜDM - 3 888,1 milyon manat

Pərakəndə ticarət - 3075,6 milyon manat

Əsas kapitala yönəldilmiş vəsaitlər - 996,7 milyon manat

Fevral ayında

Ümumi Daxili Məhsul (ÜDM) həcmi - 6 076,2 milyon manat

O cümlədən qeyri-neft ÜDM - 3 666,1 milyon manat

Əsas kapitala yönəldilmiş vəsaitlər - 968,5 milyon manat

Pərakəndə ticarət - 2783,1 milyon manat

Mart ayında

Ümumi Daxili Məhsul (ÜDM) həcmi - 5 743,1 milyon manat

O cümlədən qeyri-neft ÜDM - 4 047,5,1 milyon manat

Əsas kapitala yönəldilmiş vəsaitlər - 964,2 milyon manat

Pərakəndə ticarət - 3 383,6 milyon manat

Aprel ayında

Ümumi Daxili Məhsul (ÜDM) həcmi - 4 079,4 milyon manat

O cümlədən qeyri neft ÜDM - 2 928 milyon manat

Əsas kapitala yönəldilmiş vəsaitlər - 974,1 milyon manat

Pərakəndə ticarət - 2 273,8 milyon manat

Mənbə: fed.az