Beynəlxalq uçuşlar bu tarixdə açıla bilər

“Aşağı yaş qrupundakı vəfat edən xəstələrin yanaşı olan çox ağır xəstəlikləri olub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, karantin rejimi ilə bağlı bir sıra qərarlar qəbul edilib: “Bəziləri ilə bağlı tam qərar yoxdur. Növbəti həftə açıqlanacaq. Karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur. Amma hansı tarixə uzadılacağı hələ bəlli deyil. Beynəlxalq uçuşların Azərbaycanda iyunun 15-də açılması mümkün ola bilər.

Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və Gürcüstan XİN başçıları telefonla danışdı

SONRAKI XƏBƏR

Bakıda karantini pozan kafe sahibi cəzəlandırıldı