“Azərbaycan Mikro-Kredit” BOKT-nun vəziyyəti məlum oldu - HESABAT

“Azərbaycan Mikro-Kredit” BOKT 2019-cu il üzrə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, BOKT-un 2019-cu ildə cəmi aktivləri 3 milyon 91 min manat olub. Bu göstərici 2018-ci ilin sonuna görə 128,7 min manat və ya 4,3% artıb.

Kredit təşkilatının cəmi öhdəlikləri 436,1 min manat (28,6 min və ya 7% artım), cəmi kapitalı 2 milyon 654,7 min manat (100,1 min manat və ya 3,9% artım) olub.

Qeyd edək ki, BOKT-un 2018-ci ildə cəmi aktivləri 2 milyon 962,1 min manat, cəmi öhdəlikləri 407,5 min manat, cəmi kapitalı 2 milyon 2 milyon 554,6 min manat olub.

BOKT-un 2019-cu il üzrə faiz gəlirləri 653,2 min manat (27,6 min manat və ya 4,1% azalma), faiz xərcləri 74,8 min manat (10,9 min və ya 12,7% azalma) olub.

“Azərbaycan Mikro-Kredit” 2019-cu ildə əməliyyat gəlilərindən 622,6 min manat olub. Bu göstərici 2018-ci ildəkindən 59,2 min və ya 8,7% azalıb.

Xatırladaq ki, BOKT-un 2018-ci ildə əməliyyat gəlirləri 681,8 min manat olub.

Ötən il BOKT-un xalis qeyri-faiz zərəri 614,3 min manat olub ki, bu göstərici ötən 2018-ci ildəki göstəricidən (607,4 min manat) 6,9 min və ya 1,1% çoxdur.

BOKT 7 min 562 manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 701 manat mənfəətlə başa vurub. Bu 2018-ci ilin mənfəətindən 53,9 min manat və ya 61,7% azdır.

Qeyd edək ki, 2018ci ildə BOKT 19,7 min manat vergi ödədikdən sonra 54,6 min manat mənfəətlə başa vurmuşdu.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Çin Türkiyəyə qaçan uyğur türklərini geri istəyir

SONRAKI XƏBƏR

Polisdən daha bir ƏMƏLİYYAT: SAXLANILANLAR VAR - FOTO