Postsovet ölkəsində əhali üçün qazın qiymətini aşağı saldılar

Ukraynada yeni prezident Vladimir Zelenskinin dövründə bir neçə dəfə əhali üçün təbii qazın qiymətini azaldıblar.

“Naftoqaz”ın məlumatına görə, hökumət növbəti belə addımı atıb.

Bizimyol.info xəbər verir ki, Ukraynada təbii qazın qiyməti aprellə müqayisədə 21 faiz aşağı salınıb. Beləliklə, ilin əvvəlindən azalma 51 faizə çatıb. Keçən ilin analoji dövrü ilə müqayisə etsək, fərq hətta 62 faiz olar.

“Naftoqaz”ın açıqlamasında yetərincə səmimi davranılıb. Dövlət şirkəti addımı təkcə hökumətin jesti kimi təqdim etməyib. Açıqlamada dünya iqtisadiyyatındakı böhrana görə enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi də əsas səbəb kimi göstərilib.

Növbəti azalmadan sonra Ukraynada əhali üçün təbii qazın kubmetri 2.3 qrivna (təxminən 15 qəpik) olub.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Avropa dövləti Çin məhsullarından imtina etməyə başlayır

SONRAKI XƏBƏR

Paşayev oynadı, komandası qalib gəldi