Gəncədə sahibkarlarla mövsümi xidmət müzakirə olunub - FOTO

Gəncədə sahibkarlarla mövsümi xidmət müzakirə olunub  - FOTO

Gəhər Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev səyyari (mövsümi) xidmətin təşkili ilə bağlı onlayn görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, onlayn görüşdə icra aparatının məsul şəxsləri, aidiyyatı qurumların rəhbərləri və şəhərdə faəliyyət göstərən sahibkarlar iştirak ediblər.

Səməd Tomuyev çıxış edərək bildirib ki, Gəncədə əhalinin ailəvi istirahəti üçün səyyari (mövsümi) xidmət yalnız xüsusi ayrılmış yerlərdə təşkil olunmalıdır. Bu zaman Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri mütləq şəkildə yerinə yetirilməlidir. Bununla yanaşı xüsusi karantin rejiminin tələbləri nəzərə alınmalı, sanitar-gigiyenik normalara əməl edilməlidir.

Videokonfrans zamanı səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin abadlaşdırılması, həmçinin təmiz saxlanılması məsələlərinə də toxunulub.

O da bildirilib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar Gəncənin memarlıq üslubuna uyğun hazırlanmalı və şəhərin ümumi görünüşünə xələl gətirməməlidirlər. Bu məsələlərə sahibkarlar tərəfindən xüsusi diqqət yetirilməlidir. Səməd Tomuyev bu sahələrdə çalışacaq şəxslərlə əmək müqavilələrinin bağlanılması məsələsinə də toxunaraq, mövzunun vacibliyini və aktuallığını bir daha xatırladıb.

Onlayn görüşün davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: qafqazinfo.az