Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı

Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı

“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub

BAKI, 23 may - Sputnik. Ukraynada əhali və istehsal müəssisələri üçün qazın topdansatış qiyməti may ayında aprelə nisbətən 21% azalıb.

Spiutnik Azərbaycan bildirir ki, bu barədə “Naftoqaz” öz saytında məlumat yayıb.

Bildirilir ki, ümumilikdə ilin əvvəlindən bu yana bu azalma 51%-ə çatıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalma edir.

“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub.

Qazın qiyməti indi bir kubmetrə görə 2.3 qrivna, yaxud 85 dollar/1000 kubmetrdir (ƏDV-siz və yanacağın nəqli xərcləri çıxılmaqla). Bu, son günlər ən iri Avropa habı TTF-dəkindən 2.5 dəfə çox, Rusiyadan isə təxminən iki dəfə azdır.

Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan qaz qiymətlərinin endirilməsini xahiş etmişdi. Çünki, onun sözlərinə görə, hətta Almaniya da Rusiya qazını iki dəfə ucuz alır. Eyni xahişi Qırğızıstan etsə də, Vladimir Putin faktiki olaraq onlara bu güzəştə getməyəcəyini deyib. Bunu isə qiymətin xərclər və tədarükçülərin investisiyaları da nəzərə alınmaqla bazar konyunkturası əsasında formalaşması ilə izah edib.

Mənbə: sputnik.az