Naxçıvanda 77 mindən artıq yeni iş yeri açılıb

"Muхtаr rеspublikаda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, məşğulluq təmin edilir və əhаlinin rifаhı yüksəldilir. Son illər muxtar respublikada 77 mindən artıq yeni iş yeri açılıb". Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Nazir bildirib ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Onun sözlərinə görə, yeni müəssisələrin yaradılması və iqtisadi resurslardan səmərəli istifadə diqqətdə saxlanılır.

Azvision.az

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Cici Hadidi görənlər TANIYA BİLMƏDİ

SONRAKI XƏBƏR

Yeni Zelandiya müxalifəti sentyabr seçkilərinə yeni liderlə gedəcək