Sədərək rayonunda qarğıdalı əkin sahələrində dərmanlama işləri aparılır

Sədərək rayonunda qarğıdalı əkin sahələrində dərmanlama işləri aparılır

Sədərək, 23 may, AZƏRTAC

Günnüt qələbəsi ilə işğaldan azad edilən “Sədərək Şərab” zavodunun ətrafındakı 73 hektar ərazi artıq bu ildən əkin dövriyyəsinə qatılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, azad edilən ərazilərdə qarğıdalı əkinləri həyata keçirilib və artıq əkin sahələrində texnikalar vasitəsilə dərmanlama işləri aparılır.

Bu ilin yazında əkin dövriyyəsinə qatılan torpaqlarda yüksəkkeyfiyyətli və yerli şəraitə uyğun toxum sortlarından istifadə olunub. Əkilən ərazilərdən bol məhsul əldə etmək üçün alaq otlarına və ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib.

Qeyd edək ki, əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub, əraziyə yeni elektrik xətti çəkilib.

Mənbə: azertag.az