İranın neft daşıyan ilk tankeri Venesuelaya yaxınlaşır

İranın neft daşıyan ilk tankeri Venesuelaya yaxınlaşır

GünAz TV: İranın ilk tankerinin Karib dənizi sahillərinə yaxınlaşdığı barədə məlumatlar yayılıb.

"Reuters" agentliyinin yaydığı xəbərə görə, İran bayrağı altında hərəkət edən "Fortune" tankeri Atlantik okeanındadır və onun sabah Venesuela sularına daxil olacağı gözlənilir.

Digər 4 tanker də Cəbəli-Tariq boğazından keçib, hazırda Karib dənizi istiqamətində hərəkətini davam etdirir. Gəmilərin ümumilikdə İrandan Venesuelaya 1.5 milyondan çox yanacaq daşıdığı deyilir.

Qeyd etmək lazımdır ki, hər iki ölkəyə Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyalar tətbiq edilib. Rəsmi Vaşinqton bir neçə gün əvvəl İranın bu addımına hansı formada cavab verməyin yollarını araşdırdığını bildirmişdi.

ABŞ rəsmilərinin məlumatına əsasən, rəsmi Tehran yanacağın qarşısında Venesueladan qızıl külçələr alır. Bir müddət əvvəl isə həmin qızılların bir hissəsi "Mahan Air" vasitəsilə İrana çatdırılıb.

Sözügedən məsələ ətrafında son günlər ABŞ və İran rəsmiləri bir- birinə qarşı kəskin bəyanatlar yayıblar.

Mənbə: www.gunaz.tv