Yolların əsaslı təmiri ilə bağlı podratçı şirkət seçilib

Xanlar Rayonu İcra Hakimiyyəti başçısının Xanlar şəhəri üzrə nümayəndəliyi Göygöl şəhərinin D.Qorqud, Niyazi və S.Bəhlulzadə küçələrində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ərdagı" MMC-dir.

Qalib şirkətə 859 min manat ödəniləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çinin yeni layihəsi: Honkonqda həyəcan başladı

SONRAKI XƏBƏR

“Azəriqaz”ın rəhbəri: "Siz borcu verməsəniz, əmək haqlarını ödəyə bilmirik"