ADNSU-da enerji mövzusunda seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar” və "Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi” mövzularında video-seminar keçirilib.
ADNSU-nun 100 illiyinə həsr olunan tədbirlər planı çərçivəsində keçirilən onlayn seminara bir sıra dövlət qurumlarınının nümayəndələri, universitetin professor-müəllim heyəti və magistrant tələbələr qatılıblar.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini, ADNSU-nun "Enerji istehsalı texnologiyaları” kafedrasının müdiri, professor Nurəli Yusifbəyli Azərbaycan Elektroenergetika Sistemlərinin (EES) inkişaf trendlərindən danışıb. Bildirib ki, ölkəmizdə son illər iqtisadiyyat yönümlü sahələrin sürətlə inkişaf etməsi bu sahənin də yeni bir mərhələyə çatmasına təkan verib. Təsadüfi deyildir ki, bu gün Azərbaycan elektroenergetika sahəsində bu istiqamətdə ciddi uğurlar qazanıb, qabaqcıl dövlətlərlə əməkdaşlıq edir və onların təcrübəsindən yararlanır.
O, əlavə edib ki, bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar, alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi , eləcə də əldə olunan yeniliklər bu sahənin əsaslı inkişafında daha böyük perspektivlər vəd edir.
Video-seminarda University of Rostock, Germany Institute of Technical Thermodynamics Dr.Javid Səfərov, Founding and Academic Director of Executive Master Program in Renewable Energy Technologies and Management Professor (Associate) Şəhriyar Nəsirov qeyd olunan mövzularla bağlı çıxış ediblər.

Aztehsil.com

ƏVVƏLKİ XƏBƏR

Paşinyan hökuməti qabiliyyətsizdir – Vanetsyan

SONRAKI XƏBƏR

Gülay gözəlliyi ilə göz qamaşdırdı — FOTO