Ukrayna: sahiblərinin "borclarına görə" itlər hərraca çıxarılıb

Ukrayna: sahiblərinin "borclarına görə" itlər hərraca çıxarılıb

Ukraynada məhkəmə qərarına əsasən sahiblərinin borclarını ödəmək üçün müsadirə olunmuş itlərin onlayn hərraca çıxarılması barədə xəbər sosial şəbəkələrdə qəzəblə qarşılanıb.

Əvvəlcə bir çoxları rəsmi saytda müsadirə olunan iki itin satılması barədə elanı zarafat hesab edib. Lakin bir qədər sonra hərracın həqiqi olduğu təsdiqlənib.

Hadisəyə ilk dəfə diqqəti müxalifətçi millət vəkili yönəldib. Müvafiq elanın şəklini çəkərək internetə yerləşdirən deputat Mixaylo Volınets, ev heyvanlarına qarşı belə rəftarı tənqid edib.

İtlər hələ satılmayıb. Lakin onlardan birinin - 48 dollara satılan çoban itinin potensial müştərisi var.

Hadisə sosial mediada qəzəblə qarşılanıb. Müxalif millət vəkili Oleksiy Qonçarenkonun sözlərinə görə, günahsız itlər məhkəmə icraçıları tərəfindən ələ keçirilməməlidir.

"Həqiqətən, ev heyvanlarını sahiblərindən müsadirə etməli oluruq", - Ədliyyə naziri BBC News Ukraynaya bildirib.

Denis Malyuska sözlərinə görə, bu, çox vaxt düzgün saxlanılmayan heyvanların xeyrinə olur.

Bir çox ukraynalı üçün gündəlik həyat bahalaşır və pensiyalar son illərdə qaz qiymətlərinin kəskin artım tempinə uyğunlaşa bilmir.

Mənbə: www.bbc.com