"Prezidentin sosial-iqtisadi siyasəti nəticəsində qlobal böhranlardan az itki ilə çıxırıq"- Deputat

"Prezidentin sosial-iqtisadi siyasəti nəticəsində qlobal böhranlardan az itki ilə çıxırıq"- Deputat

Azərbaycanda baş verən qlobal böhranın mənfi nəticələrinə baxmayaraq, 2020-ci il üçün dövlət investisiya proqramı çərçivəsində irimiqyaslı layihələr davam etdirildi. Xüsusilə, 2020-ci ilin ikinci yarısında Ələt limanı yaxınlığında azad iqtisadi zonanın (AİZ) infrastrukturunun yaradılması ilə bağlı işlərin başlaması gözlənilir. Birinci mərhələdə gələcək zonada torpaq sahələri alınacaq və torpaqların alınması başa çatdırılacaqdır. Burada kommunikasiyaların çəkilişi üçün ilkin dizayn işləri artıq aparılmışdır və yaxın gələcəkdə "Azərişıq" ASC-də elektrik işlərinin aparılması üçün tenderin keçirilməsi planlaşdırılır.

Bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov bildirib ki, ölkəmizdə prezident İlham Əliyevin rəhəbliyi altında uğurlu və düşünülmüş sosial-iqtisadi siyasət davam etdirilir: "Məhz bunun göstəricisidir ki, qlobal böhranlarda Azərbaycan az itkilərlə üzüağ çıxa bilir. Ələt Azad İqtisadi Zonasının yaradılması da ölkə iqtisadiyyatının inkişaf etdirilməsində yeni mərhələ olacaqdır. Belə çətin dövrdə böyük layihələrin icra edə bilməyimiz pandemiyaya qədər olan dövrdə maliyyə ehtiyatımızın yaradılması sayəsində nail oluruq. Ələt Azda İqtisadi Zonasının istifadəyə verilməsi ölkəmizin tranzit-logistika imkanlarını artırmaqla yanaşı çoxlu xarici investisyaların gəlməsinə imkan verəcəkdir. AİZ xüsusi qanunlarla idarə olunacağından bura maraqlı xarici şirkətlər çox olacaqdır. Artıq birinci mərhələnin icrası istiqamətində işlər aparılır. Burada kommunikasiyaların çəkilişi ilə bağlı tenerlərin keçirilməsi prosesinə start verilir. Düşünürəm yaxın gələcəkdə AİZ fəaliyyətə başlayacaq və ölkəmizin qeyri-neft sektorun gəlirlərini artırmaqla yanaşı çoxlu yeni iş yerləri yaratmaqla ölkədə işsizliyin azalmasına öz töhfəsini verəcəkdir".Aysel Yusifqızı

Mənbə: sonxeber.az