Bakı və Sumqayıtda ağıllı şəhər sistemi qurulur - Bu şəhərlər müasir texnologiya ilə işıqlandırılacaq

Bakı və Sumqayıtda ağıllı şəhər sistemi qurulur - Bu şəhərlər müasir texnologiya ilə işıqlandırılacaq

Bütün dünyanı bürüyən pandemiyaya bağmayaraq aparıcı şirkətlərin Azərbaycan prezidenti ilə apardığı müzakirələr bir daha təsdiq edir ki, sözügedən şirkətlər postpandemiya dövründə də ölkəmizlə əməkdaşlığı gücləndirmək niyyətindədirlər. “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransdan bəlli oldu ki, paytaxt Bakı və Sumqayıt şəhərində müasir işıqlandırma sistemləri ilə qurulacaq.

Dünyada 10 “yaşıl” şirkətdən biri olan Signify şirkəti ilə əməkdaşlıq nəticəsində yaxın zamanlarda Bakı və Sumqayıt şəhərləri “Ağıllı şəhərə çevrilə biləcək.

İlk olaraq Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq ki, nəticədə böyük həcmdə enerjiyə qənaət ediləcək.

Prezident İlham Əliyev:

Sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər.

İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq. İşlər bitdikdən sonra isə Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək.

Rəşad Həsənov – iqtisadçı:

Çünki faktiki olaraq qənaət zamanı yaranmış əlavə resursların, işıqlandırılmayan digər ərazilərin işıqlandıırlmasında istifadə edilməsi imkanları yaradacaq. Ağıllı texnologiyların tətbiq edilməsi ekosistemin inkişafı baxımından innovasiyanın tətbiq baxmından kifayət qədər əhəmiyyətlidir.

Dünyanın aparıcı şirkətləri ilə aparılan danışıqlar onu göstərir ki, bu gün Azərbaycan innovasiya və texnologiyanın ölkə iqtisadiyyatına transferini davam etdirmək niyyətindədir. Məqsəd Iqtisadiyyatın, eləcə də infrastrukturun daha da yeniləşməsinə nail olmaq və daha yeniləşmiş infrastrur ilə vətəndaşlarımıza təklif edilən xidmətlərə nail olmaqdan ibarətdir.

Vüqar Bayramov - millət vəkili

Bu nəticə etibarilə ölkə iqtisadiyyatındakı avtomatlaşdırmanı və innovativ texnologiyanın payının çoxlaması ilə yanaşı beynəılxalq şirkətlərin Azərbvaycan iqtisadiyyatına marağının bir daha göstəricisidir. Bu ondan xəbər verir ki, Azərbaycanda həyata keçiirlən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır. postpandemiay dövründə texnologiyadan istifadə etməklə həm işıqlandırma sisiteminin həm bütövlükdə iqtiqasiyyatdakı innovativliyin artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Signify şirkəti Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi aparır. Bu isə aparıcı şirkətlə uzunmüddətli əməkdaşlı deməkdir.

atv.az

Mənbə: www.atv.az