Qazaxıstanda uçuşlar bərpa edildi

Qazaxıstanda uçuşlar bərpa edildi

Bu gündən etibarən Qazaxıstanda bütün hava limanları üzə daxili uçuşlar bərpa edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, aviaşirkətlər tələbi nəzərə alaraq uçuş cədvəlini müəyyən edəcək.

Uçuşlarda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yeni qaydalar tətbiq olunacaq.

8531 nəfərin virusa yoluxduğu ölkə xarici ölkələrlə sərhədlərini açmaq barədə də düşünür.

Mənbə: cebhe.info