Pandemiya nələri aşkarladı? - Gizli iqtisadiyyatın miqyası hələ də çox böyükdür

Azərbaycanda gizli iqtisadiyyatın böyüklüyünükarantin rejiminin tətbiq edilməsindən sonra yaranan vəziyyət də təsdiqləmişoldu. 2018 və 2019-cu ildə gizli iqtisadiyyatın şəffaflaşdırılması ilə bağlıgenişmiqyaslı işlərin görüldüyü bildirilsə də bəzi sahələrdə karantinlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqinin ardından məlum oldu ki, bir çox sahələrdəqeyri-leqal fəaliyyət var, çoxlu sayda işçinin rəsmi maaşı yoxdur. Buna görə dədövlət həmin sahələrdə fəaliyyət göstərən müəssisələrə, fərdi sahibkarlara vəişçilərə maddi dəstək göstərə bilmədi.

Bundan başqa sfera.az xatırladır ki, aprelin 27-dənkarantin rejiminin bir qədər yumşaldılması ilə əlaqədər daha bir neçə sahədə əməkfəaliyyətinə icazə veriləndə də qeyri-leqal fəaliyyyət göstərənlərin çoxluğu üzəçıxdı.

Qeyd edilən tarixdən kiçik ticarət obyektləri, fərdi tədris və repetitorxidmətləri, dərzi xidmətləri (o cümlədən, bu sahədə müştərinin evində və ya digərməkanlarda xidmət), fotoatelye/fotostudiyalar,fərdi mənzillərdə təmizlik xidmətləri, çap və surətçıxarma xidmətləri, kompütervə mobil cihazların təmiri, lombardların fəaliyyəti sahələrinə icazə verildi.Adıçəkilən sahələrdə fəaliyyətə icazə verilsə də tələb edilirdi ki, həmin sahələrdəfəaliyyət göstərən işçilər, sahibkarlar"ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərindən rəsmi qeydiyyata düşərəkicazə alsınlar. Əks halda əmək və biznes fəaliyyətinə icazə verilməyəcək. Mayın18-nə kimi məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən bəzi şəxslər vəsahibkarlar pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmədilər. Çünkionların bəziləri qeyri-leqal işləyir və buna görə də rəsmi qaydada icazə əldəetmək imkanları yoxdur.

Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalının(ÜDM) 60 faizindən çoxu qeyri-neft sektorunda formalaşır. Amma dövlət büdcəsiningəlirlərində qeyri-neft sektorunun payı 45 faiz səviyyəsindədir. Bunun başlıcasəbəbi qeyri-neft sektoru üzrə yaradılan dəyərin önəmli hissəsininleqallaşdırılmamasıdır. 2019-cu ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərininqeyri-neft sektorunda yaradılan ÜDM-yə nisbəti 21 faiz olub. Bu, pis göstəricidir.Nisbətin az olmasının başlıca səbəblərindən biri də qeyri-neft sektorundayaradılan dəyərin həcminin kiçik göstərilməsi, gəlirlərin gizlədilməsidir. Şəffaflaşdırmatədbirlərinin əsas müsbət nəticələrindən biri yaradılan dəyərin daha çox hissəsininüzə çıxmasında və bununla da dövlət büdcəsinin qeyri-neft gəlirlərinin daha çoxartımında özünü göstərəcək.

Bütün tədbirlərə baxmayaraq Azərbaycandaiqtisadiyyatında kölgə iqtisadiyyatının payı hələ də böyükdür. Müxtəlif qiymətləndirmələrəəsasən kölgə iqtisadiyyatının ÜDM-yə nisbəti 30-40 faiz səviyyəsindədir. Bukiçik məbləğ deyil. Azərbaycanda ÜDM istehsalı təxminən 80 milyard manat səviyyəsindədir.Onun 30-40 faizi 24-32 milyard manat deməkdir. Deməli, kölgə iqtisadiyyatındanşəffaf iqtisadiyyata keçməklə vergi tutulan baza da genişlənir və nəticədə dövlətbüdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait daxil olur. Şəffaflaşmayalnız daxili iqtisadi əməliyyatlarda deyil, eyni zamanda xarici iqtisadi fəaliyyətdədə baş verir. Gömrük orqanlarının xətti ilə proqnozdan xeyli artıq vəsaitintoplanması bunun bir əlamətidir.

Azərbaycan kölgəiqtisadiyyatının kiçildikməsi iqtiqamətində davamlı tədbirlər görməklə onu mərhələlişəkildə azalda bilər. Hər il 10 faiz nisbətində azalmaya nail olunarsa, bu,yaxşı nəticə olar. Kölgə iqtisadiyyatının azaldılması məqsədilə hökumət təbliğatişləri aparmalıdır, təşviqedici tədbirlər görməlidir, eyni zamanda inzibatiyollardan da istifadə etməlidir.

Digər mühüm tədbirkorrupsiyaya qarşı mübarizə olmalıdır. Çünki kölgə iqtisadiyyatı yalnızsahibkarların səyi ilə formalaşmır, ona dövlət orqanlarının əməkdaşları da şəraityaradır. Əgər korrupsiyaya qarşı effektiv mübarizə təşkil edilərsə, düzgün kadrislahatları aparılarsa, o zaman korrupsiya azalar və gizli fəaliyyət göstərməkistəyən sahibkarların dəstəkçiləri qalmaz.

İqtisadiyyatın şəffaflaşmasında,vergi ödənişlərinin könüllü həyata keçirilməsində vergi dərəcələrinioptimallaşrdırmaqla bərabər vergi inzibatçılığının təkmilləşdirilməsinin dərolu böyükdür. Yoxlamaların aradan qaldırılması, vergi orqanlarının əməkdaşlarıilə vergi ödəyicilərinin təmaslarının minimuma endirilməsi, xidmətlərin tamamiləelektronlaşdırılması, vergi əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadəedərək dövlətə ödənilməli olan verginin bir hissəsinin mənimsənilməsi kimihallar aradan qaldırılıb. Son iki ildə inzibatçılıqda neqativ halların xeyliazaldılması şəffadlaşmaya müsbət təsiri oldu.

Digər mühüm məsələ şəffaflaşmailə bağlı tədbirlərin ardıcıllığının təmin edilməsidir, onun kampaniya xarakterlialmamasıdır. İlk dəfə vergi sahəsində islahatlara başlayanda tədbirlər 3-4 aykampaniya xarakterli oldu. Buna görə də vergi ödəyiciləri də dəyişikliklərəciddi yanaşmadılar. 2018 və 2019-ci illərdə isə vergi düzəlişlərinin edilməsi,tədbirlərin davamlı xarakter alması sahibkarlarda əminlik yaratdı ki,islahatlar kampaniya xarakterli deyil, dayanıqlıdır, davamlıdır. Sahibkaranladı ki, ya qanunlara əməl edib, şəffaf işləyib, bazarda qalmaq lazımdır, yada qeyri-şəffaf fəaliyyət göstərib dövlətin qınağına tuş gəlməlisən.

Vasif

Sfera.az

ƏVVƏLKİ XƏBƏR

Palma yağına qanunla QADAĞA qoyuldu

SONRAKI XƏBƏR

Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb