Bir ildə 6 milyon dollar qazanan təşkilat - Hesabat

Bir ildə 6 milyon dollar qazanan təşkilat - Hesabat

25 may, Fineko/abc.az. “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ötən ili 6 milyon 518 min dollar xalis mənfəətlə başa vurub.

ABC.AZ təşkilatın hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə qurumun xalis mənfəəti 78 dəfə artıb. Belə ki, “FİNCA Azerbaijan” 2018-ci ili 83 min dollar (141,1 min manat) xalis mənfəətlə bağlamışdı. Mənfəət ehtimal olunan kredit itkiləri üçün yaradılan ehtiyatın bir hissəsinin azad olmasından qaynaqlanıb.

Müəllif: Elmir Murad

Mənbə: abc.az