Azərbaycanlı sahibkarlara maliyyə yardımı göstəriləcək – RƏSMİ

Azərbaycanlı sahibkarlara maliyyə yardımı göstəriləcək – RƏSMİ

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Avstriya İnkişaf Bankıyla imzaladığı müqaviləyə əsasən Albaniya, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrin özəl sektor layihələrinin, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının maliyyələşdirilməsi üçün 30 milyon Avro vəsait ayrılıb.

Qazet.az QDTİB-nın rəsmi məlumatına istinadən xəbər verir ki, nəzərdə tutulan hədəf kütləsi COVID-19 pandemiyasından ən çox zərər çəkən kiçik və orta sahibkarlardır.

Vəsaitin ayrılması koronavirusun ölkələrin iqtisadiyyatı üzərindəki mənfi təsirlərini azaltmaq və post-pandemiya dövründə iqtisadiyyatın əvvəlki vəziyyətinə qaytarılması prosesini sürətləndirmək məqsədi güdür.

Mənbə: qazet.az