Yeni Zelandiya karantindən çıxır

Yeni Zelandiya hökuməti koronavirusla bağlı tətbiq edilmiş məhdudiyyətləri maksimum yumşaltmağı planlaşdırır.
Belə ki, hökumət insanların bir yerə toplaşma sayını 10 nəfərdən 100 nəfərə çatdırmağı planlaşdırır.
Bunu mətbuata açıqlmasında baş nazir Casinda Ardern bildirib. O bu yumşaltmanın həftəsonlarında dini ayinlərlə bağlı olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən həftə ərzində Yeni Zelandiyada bir nəfərin koronavirusa yoluxduğu bildirilir.
Ardern bu müvəffəqiyəti alqışlayaraq, bildirdi ki, bu vaxında görülən qabaqlayıcı tədbirlərin nəticəsidir.
“Biz hələdə pandemik vəziyyətdə yaşayırıq. Ölkəxaricində virusa yoluxanların sayında artım müşahidə olunur və bizim xarici ölkələrdən vətənə qayıtmaq istəyən həmyerlilərimiz var. Biz səbr etməliyik”- deyə o bildirib.REAL

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Sabah Azərbaycanda hərarət 31 dərəcəyə yüksələcək

SONRAKI XƏBƏR

Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar