Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA

Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA

Türkiyə xarici uçuşlarını xarici turistlərə açıq elan edir.

Qazet.az xəbər verir ki, Türkiyə Azərbaycana uçuşları gələn ayın – yəni iyunun 15-dən bərpa edir.

Yunanıstana 10 iyun, Almaniya, Macarıstan, Polşaya 15 iyun, Qazaxıstana isə 20 iyundan uçuşlar bərpa edilir.

Qazet.az-ın Azərbaycan Hava Yollarından (AZAL) əldə etdiyi məlumata görə isə Türkiyəyə uçuşların bərpa edilməsi ilə bağlı dəqiq tarixin açıqlanmadığı qeyd olunub.

“Azərbaycan Hava Yolları 15 iyuna qədər uçuşlarını dayandırıb. Uçuşların bu tarixdən sonrakı cədvəli ilə bağlı dəqiq məlumat yoxdur”, – deyə AZAL-dan bildirilib.

Türk Hava Yollarından Qazet.az-a verilən açıqlamada artıq iyun ayının 10-dan etibarən İstanbul və Ankara istiqamətində Bakıdan uçuşların həyata keçiriləcəyi deyilib.

“Hazırda uçuşlarla bağlı heç bir problem yoxdur. Amma pandemiya səbəbindən hər şey dəyişə bilər. Lakin iyun ayının 10-dan uçuşlar var. Əgər uçuş təxirə salınarsa, bu zaman 2 ay müddətində biletin məbləği müştəriyə qaytarılacaq”.

Mənbə: qazet.az